Tümendə miqrantlar kadr çatışmazlığını örtməyə başlayıblar

...Ötən il Rusiyanın Tümen vilayəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və səhiyyə sektorlarında ən kəskin kadr çatışmazlığı ilə üzləşib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yenə də MDB və digər xarici ölkələrdən gələn əmək miqrantları vəziyyəti düzəltməyə kömək ediblər.

Rusiyalı işəgötürənlər yeni işçiləri cəlb etmək üçün müxtəlif şirnikləndirici üsullara əl atıblar. Belə ki, onlar maaşları artırıb, iş şəraitini yaxşılaşdırıb və əlavə bonuslar veriblər. ...Və eyni zamanda, insan əməyindən asılılığı azaltmaq üçün avadanlıqlar yenilənib, istehsal prosesləri optimallaşdırılıb. Rusiya Federasiyası Mərkəzi Bankının məlumatına görə, ötən ilin noyabr ayında əmək haqqının ən çox artımı kənd təsərrüfatı sektorunda - 19, ticarətdə - 16, tikinti və mədənçıxarma sənayesində - 14 faiz müşahidə olunub.

Hazırda Tümen vilayətində əmək bazarında 19,4 min açıq vakansiya var və ərizəçiləri gözləyir.

Kadr çatışmazlığına görə tikinti sektoru liderdir. “Nashgorod.ru” portalı yazır ki, bölgədə montyor və betonçu çatışmazlığı xüsusilə kəskindir.

...Daha əvvəl bildirilmişdi ki, Tümen vilayətində biznesin inkişafına kadr çatışmazlığı və sərt pul siyasəti mane olur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə