İtaliyanın “FS Italiane” milli dövlət dəmir yolu holdinqinin “FS Group”, “Trenitalia”, “Trenitalia Tper” və “Trenord” şirkətlərinin işçiləri 24 saatlıq milli tətil edirlər. SİA xəbər verir ki, həmkarlar ittifaqlarının qərarı ilə dəmir yolu işçiləri fevralın 22-də axşam saat 21:00-dan bazar günü saat 21:00-dək tətil ediblər.
Tətil ölkə üzrə dəmir yolu nəqliyyatının hərəkətinə mənfi təsir göstərib. Bəzi şəhərlərarası və regional qatar reysləri ləğv edilib, uzunmüddətli gecikmələr qeydə alınıb. Böyük şəhərlərdə mərkəzi qatar stansiyalarında sərnişin sıxlığı yaranıb.
Sərnişinlərə stansiyalara getməzdən əvvəl məlumatları dəqiqləşdirmək və mümkün olduqda səfərlərin vaxtını dəyişdirmək tövsiyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə