AvtoVAZ ölkənin taksi bazarının əhəmiyyətli hissəsini Çinə verə bilər

...“Milli Taksi Şurası” bəyan edib ki, Rusiya avtomobil istehsalçısının taksi şirkətlərinə avtomobillərini almaq üçün təklif etdiyi qiymətlər bazar üçün adekvat deyil. Daha ucuz və eyni zamanda daha etibarlı Çin alternativləri var.

SİA-nın məlumatına görə, “Milli Taksi Şurası” Tolyattidəki AvtoVAZ zavoduna qarşı Federal Antiinhisar Xidmətinə şikayət edib.

İddia ondan ibarətdir ki, yerli istehsalçı taksi şirkətləri üçün avtomobillərinin qiymətini şişirdir. “Milli Taksi Şurası” həmçinin bildirib ki, taksi şirkətlərinin rəhbərlərinin 63 faizi artıq AvtoVAZ avtomobillərini almaqdan imtina etməyi planlaşdırır.

Quraşdırma keyfiyyəti və ehtiyat hissələrin vaxtında çatdırılması da şikayətlərə səbəb olur. Buna görə də, hər bir avtomobil adi üç ildə deyil, beş ildən sonra özünü ödəyir. Alternativ olaraq, müəssisələr Çin avtomobil sənayesini və xüsusilə Changan və JAC brendlərini, həmçinin Sollers-i görürlər. Onların Belarus və Qazaxıstanda alınması Rusiya avtomobillərindən demək olar ki, üçdə bir ucuz başa gəlir. Bu, rus istehsalçılarının əhəmiyyətli bazar payını itirməsinə səbəb ola bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə