ABŞ Avropadan Ukraynaya qoşun göndərməyi xahiş edir

...Amerika Birləşmiş Ştatları avropalı müttəfiqlərindən öz qoşunlarını Ukrayna ərazisinə göndərməyə hazır olduqlarını soruşur.

Məktubu araşdıran Reuters xəbər verir ki, qoşunların göndərilməsi münaqişənin sülh yolu ilə həllinin bir hissəsi kimi nəzərdə tutulub.

…Altı bənd və suallardan ibarət olan sənəddə, həmçinin, hansı ölkələrin Ukrayna üçün təhlükəsizliyin təminatlarının təmin edilməsində iştirak etməyə hazır olduqları, sülh nizamlanması çərçivəsində Ukraynaya qoşun göndərməyə razılıqları və qüvvələrin sayının nə qədər olacağı soruşulur.

Material müəllifi yazır.

Reuters tərəfindən görülən məktubun Amerikanın Avropadakı müttəfiqlərinə göndərildiyi bildirilir.

Mesajda həmçinin deyilir ki, ABŞ müttəfiqlərindən Ukrayna ilə bağlı təhlükəsizlik sazişində Vaşinqtondan özlərinə nə lazım olduğunu soruşub.

Bundan əlavə, məktubda uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə bağlı öz mövqelərini qeyd etmək xahiş olunur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə