Meqan Markl övladlarının yanında olmaq üçün Şahzadə Harrini Kanadada tərk edib.
SİA-nın məlumatına görə, bu barədə Daily Mail xəbər verir. Meqan Markl, Invictus Games üçün əri Şahzadə Harrini Kanadada tərk etmək məcburiyyətində qalıb.
Bunu mənbə açıqlayıb.
Sasseks hersoginyası yarışın bir hissəsinin keçirildiyi elit xizək kurort Whistler-i tək tərk edib. Uşaqlarını görmək üçün Los-Ancelesə uçub. Şahzadə Harri müsabiqənin sonuna qədər Kanadada qalacaq.
İnsayderin sözlərinə görə, Marklın vaxtından əvvəl getməsi sürpriz olmayıb.
…Bu, əvvəlcədən planlaşdırılıb. Meqan müsabiqənin bütün doqquz günü Kanadada qala bilməzdi - uşaqlarından ayrılmaq çox uzun olardı,- deyib.
Jurnalistlər qeyd edirlər ki, cütlük Sevgililər Gününü əvvəlcədən qeyd etməyi bacarıb - onlar bahalı italyan restoranı "Il Caminetto"da romantik şam yeməyinə gediblər. Əvvəllər Meqan Markle-nin özünün "elit" qida və məişət malları brendini satışa çıxarmaq qərarı haqqında yazmışdıq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə