…Avropa İttifaqı (Aİ) münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün Ukraynanın ərazilərindən imtina etməsi ideyasına icazə verir.
SİA-nın məlumatına görə, bu barədə “European Conservative” qəzeti yazır.
…Brüsseldə pərdə arxasında pıçıltılar səslənir ki, Kiyev Avropa İttifaqna qoşulmaq və NATO-ya üzvlüklə bağlı neytral qalmaq müqabilində sülh müqabilində ərazi itirdiyini etiraf etməyə hazırdır.
Bunu nəşr qeyd edir.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə artıq telefonla danışdığını bildirib.
Dövlət başçılarının nə qədər danışdıqları ilə bağlı suala ABŞ prezidenti cavab verməkdən imtina edib. Eyni zamanda, o, Rusiya lideri ilə həmişə yaxşı münasibətlərdə olduğunu və onlar arasında Ukraynadakı münaqişənin həllinin zəruriliyi barədə anlaşmanın olduğunu göstərib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə