Dağıstanda içərisində bir neçə nəfərin olduğu avtomobil kanala uçub.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Baza öz Telegram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, qəza fevralın 9-na keçən gecə Mahaçqalada baş verib, avtomobil Oktyabr İnqilabı kanalına düşüb.
Yaxınlıqda olan iki nəfər avtomobilin sürücüsünü və sərnişinlərini xilas etmək üçün suya atılıb.
Qəza qurbanlarının köməyinə gələn naməlum şəxslərin yerli idman məktəbinin şagirdləri olduğu məlum olub.
Onlar insanların sudan çıxmasına kömək edib və həkimlərə təhvil veriblər.
Avtomobildə azyaşlılar da olub.
…O vaxt, 2024-cü ilin noyabrında Dağıstanda avtomobilin uçurumdan aşması nəticəsində 5 nəfər xəsarət almışdı. Botlix rayonunda sürücünün idarəetməni itirməsi avtomobilin uçuruma yuvarlanmasına səbəb olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə