Fələstin investisiya layihəsi deyil, onun torpaqları satılmır...

Fələstin investisiya layihəsi deyil, onun torpaqları satılmır.

SİA-nın məlumatına görə, bu barədə Fələstin liderinin rəsmi nümayəndəsi Nabil Əbu Rudeyna bildirib, onun sözlərini WAFA agentliyi bildirir.

…Fələstin, onun torpaqları, tarixi və müqəddəs yerləri satılmır və investisiya layihəsi deyil, - deyə nümayəndə vurğulayıb.

Əbu Rudeynə qeyd edib ki, fələstinlilərin hüquqları “heç bir mübahisə və ya danışıqlara” məruz qalmır.

Onlar həm də “alver predmeti” deyillər.

Bir daha xatırladaq ki, fevralın əvvəlində ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra ABŞ-ın Qəzza zolağına nəzarəti ələ keçirməyə, partlamamış bombaları və digər silahları sıradan çıxarmağa, əraziləri hamarlamağa hazır olduğunu bildirib. Eyni zamanda o, Qəzza zolağının sakinlərinin iki ölkəyə - Misir və İordaniyaya köçürülməsini təklif edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə