Altı ayda Şimali Koreyalıların Kursk əməliyyatında verdiyi itkilər…

Deyim ki, bu rəqəmləri Ukrayna Silahlı Qüvvələri açıqlayıb…

...Ukrayna Müdafiə Qüvvələrinin Kursk əməliyyatı artıq 6 aydır ki, davam edir. Bu müddət ərzində Rusiya artıq 40 min əsgərini itirib.

SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Xatırladaq ki, Ukrayna qoşunlarının Kursk vilayətində əməliyyatı 2024-cü il avqustun 6-da başlayıb.

Baş Qərargah qeyd edir ki, 11 illik müharibədə ilk dəfə olaraq hərbi əməliyyatlar Rusiya ərazisinə keçirilib.

Və hazırda Ukrayna qoşunları Rusiya Federasiyasında yüzlərlə kvadrat kilometr “bufer zonası” saxlayır.

…Kursk hücum əməliyyatı düşmənin Sumı və Xarkov vilayətlərində yeni hücumunun qarşısını almaq məqsədi daşıyırdı. Bu əməliyyat hələ altı aydan sonra müəyyən edilmiş funksiyanı yerinə yetirir. Əməliyyat rusları cəbhənin digər ərazilərində mövqelərini zəiflədərək, Kursk bölgəsinə əhəmiyyətli resursları köçürməyə məcbur edib.

Bu, məlumatda bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Şimali Koreya Kursk vilayətinə 12 min əsgər göndərib. Şimali Koreya əsgərləri 4000 itki verib.

Şimali Koreyanın üç şərti briqadasından biri faktiki olaraq məhv edilib, ikisi isə döyüş qabiliyyətini itirib.

Ukrayna Silahlı Qüvvələri KİV-də Şimali Koreyadan olan bölmələrin cəbhə xəttindən geri çəkilməsi ilə bağlı yayılan xəbərləri təsdiqləyib.

Və beləliklə, Kursk əməliyyatının altı ayı ərzində Rusiyanın itkiləri:

-39,9 min nəfər,

-onlardan 16,100 nəfəri öldürüldü.

-131 tank,

-689 zirehli döyüş maşını,

-386 artilleriya sistemi,

-12 ədəd MLRS,

-12 hava hücumundan müdafiə sistemi,

-1 təyyarə,

-3 helikopter,

-931 operativ-taktiki səviyyəli pilotsuz uçuş aparatı,

-1164 ədəd avtomobil avadanlığı,

-34 ədəd xüsusi texnika.

Əməliyyat zamanı Ukrayna qüvvələri 909 rus əsgərini əsir götürərək mübadilə fondunu əhəmiyyətli dərəcədə artırıb.

Bu, yüzlərlə ukraynalı müdafiəçini rus əsirliyindən geri qaytarmağa imkan verib.

…Kursk hücum əməliyyatı Ukrayna Müdafiə Qüvvələrinin qəfil, asimmetrik və uğurlu hərəkətlərinin nümunəsi olaraq qalır ki, bu da üstün düşmənə əhəmiyyətli itkilər verməyə və döyüş meydanında təşəbbüsü ələ keçirməyə imkan verir.

Bunu da Baş Qərargah əlavə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə