Ağ evdə Trampa Netanyahu arasında görüş keçirilir

Ağ evdə ABŞ Prezidenti Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş keçirilir. SİA-nın məlumatına görə, Netanyahu Trampın andiçməsindən sonra onunla görüşən ilk dünya lideridir. Görüş zamanı Qəzza zolağında atəşkəsin gələcəyi və İsrail-Səudiyyə Ərəbistanı arasında normallaşma prosesinə yenidən təkan verilməsi məsələsi müzakirə ediləcək.

Görüş öncəsi Tramp media qarşısında çıxış edərək fələstinlilərə xoşbəxt ola biləcəkləri və güllələnməyəcəkləri evlərə köçməklə Qəzzanı tərk etmələri təklifini səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə