Estoniyanın Xaryu dairə məhkəməsi “Nordica” milli hava yolları şirkətini müflis elan edib.
SİA-nın məlumatına görə, ERR televiziya və radio yayım portalı yazıb ki, “Nordica” aviaşirkəti 2024-cü il noyabrın 20-də müflis olmasına dair müraciət göndərib.
Aviaşirkət və ona bağlı müəssisələr də, həmçinin 272 işçinin ixtisar edilməsi barədə məlumat verib. Şirkət yaradılan zaman hökumət 40,2 milyon avro maliyyə vəsaiti ayırıb. “Nordica”nın fəaliyyəti dövründə dövlət tərəfindən sərmayənin ümumi həcmi təxminən 70 milyon avro təşkil edib.
Bütün bunlara baxmayaraq, 2023-cü ilin dekabrından davam edən şirkətin özəlləşdirilməsi cəhdləri uğursuz olub. “Nordica”nın müflis olmasına dair məhkəməyə təqdim etdiyi müraciətinə əsasən, şirkətin borc məbləği onun aktivlərinin dəyərindən 38 milyon avro çox idi.
Bütün xəbərlər Facebook səhifəmizdə