Pakistanda tanker partlayıb - xeyli sayda ölü və yaralı var

Pakistanın Pəncab əyalətinin Multan şəhərinin sənaye zonasında LPG yüklü tankerin partlaması nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tankerin hissələri ətrafa səpələnərək avtomobillərə və binalara ziyan vurub. Xilasedicilərin bildirdiyinə görə, partlayışdan sonra başlayan yanğın saatlarla davam edən işdən sonra söndürülüb. Yanğın nəticəsində çoxlu mal-qara da tələf olub.

Polis əməkdaşı Sadiq Əli bildirib ki, tankerdə qaz sızması davam etdiyi üçün ərazidə təxliyə işlərinə başlanılıb. Yaralıların müalicə olunduğu Niştar xəstəxanasında fövqəladə vəziyyət elan edilərkən, ehtiyat tədbiri olaraq ərazidə qaz və işıq kəsilib.

Bütün xəbərlər Facebook səhifəmizdə