Polşa mediası: Minskdə demək olar ki, heç kim səsverməyə getməyib
...Amma rus saytları başqa şeylər yazırlar.
Məsələn yazırlar ki, Belarusdakı prezident seçkilərində “adam əlindən tərpənmək olmurmuş”..? Onlarda zurna-balaban yoxdu deyə, seçkiyə bayan çala-çala gedirlər.
...Belarusdakı “seçkilər” seçicilərin tam məhəl qoymaması ilə müşayiət olundu.
SİA-nın məlumatına görə, Minskə gələn “Polsat” telekanalının jurnalistləri yazırlar ki, Mərkəzi Seçki Komissiyasının cəlb etdiyi seçici fəallığının reallıqla heç bir əlaqəsi yoxdur.
Fakt nəşri yazır ki, “Minskdə demək olar ki, heç kim səsverməyə getməyib”.
Nə bilim, Vallah! Yazım ki, qələm düşmən əlindədir?
Amma yazmıram,..Lukaşenkodan ayıbdır axı...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə