...Partlayış səsləri Moskva yaxınlığında, eləcə də Rusiya Federasiyasının Kursk, Bryansk, Belqorod və Ryazan vilayətlərində eşidilir.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Glavred” məlumat yayıb.
Cümə günü, yanvarın 24-nə keçən gecə Moskva meri Sergey Sobyanin Rusiya paytaxtına pilotsuz təyyarə ilə hücum edildiyini açıqlayıb. Moskvanın üç hava limanı fəaliyyətini dayandırıb. Bu barədə Sobyanin Telegram-da yazıb. ...Müdafiə Nazirliyinin Kolomna şəhər rayonunda və Ramenskoye şəhər dairəsində. Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya uçan pilotsuz təyyarələrin hücumunu dəf edib.
Bunu Sobyanin yazıb.
O, həmçinin bildirib ki, Podolsk şəhər rayonunda iki pilotsuz təyyarə vurulub. Bundan əlavə, Rusiya ictimaiyyəti və KİV-ləri Rosaviasiyaya istinadən Moskvanın Domodedovo, Jukovski və Vnukovo hava limanlarında fəaliyyətinin dayandırıldığını bildiriblər.
Daha sonra Sobyanin bildirib ki, guya Moskvanın Troitski inzibati rayonunda, eləcə də Şyolkovo şəhər dairəsində pilotsuz təyyarələr vurulub. Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi bir sıra bölgələrdə pilotsuz təyyarələrin hücumları barədə məlumat verib. Rusiya hava hücumundan müdafiə sistemlərinin 49 pilotsuz uçan aparatını məhv etdiyi iddia edilir.
Söhbət Kursk, Bryansk, Belqorod vilayətlərindən və müvəqqəti işğal olunmuş Krımdan gedir.
Sosial şəbəkələrdə həmçinin Ryazan vilayətinə pilotsuz təyyarələrin hücumu, “RNPK” yerli neft anbarı yaxınlığında partlayışların baş verdiyi bildirilir. İddialara görə, neft anbarı üzərində ən azı 10 pilotsuz təyyarə vurulub.
Rusiya ictimaiyyəti Ryazanda İES və neft emalı zavodunun ərazisində dron hücumundan sonra yanğın baş verdiyini bildirib.
Ryazan vilayətinin qubernatoru bəyan edib ki, hava hücumunun nəticələrinin aradan qaldırılması davam edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə