Tatarıstanda həyəcan təbili çalındı

Ukraynanın pilotsuz təyyarəsinin hücumu təhlükəsi ilə əlaqədar Tatarıstan, Saratov və Samara vilayətlərində hava həyəcanı elan edilib. SİA xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə Vahid Dövlət Sisteminin (RSChS) mesajına istinadla məlumat yayıb. “Diqqət! Tatarıstan Respublikası! Pilotsuz təyyarənin hücumu təhlükəsi! Mümkünsə evdə qalın və pəncərələrə yaxınlaşmayın. Təcili yardım nömrəsi 112”, - RSChS mesajında ​​deyilir.

Qeyd olunub ki, Saratov vilayətinin sakinləri eyni mesajları alırlar, burada şahidlər partlayış səslərini işitdiklərini bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə