9 yaşlı qızla 35 yaşlı “kişi”nin toyu olub...

İraqda gənc qızla yetkin kişi arasında toy olub

İraqda qanunun razılıq yaşının 9-a endirilməsindən sonra doqquz yaşlı qızla 35 yaşlı kişi arasında ilk toy olub. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, mərasimin videosu sosial şəbəkələrdə yayılıb və qızğın müzakirələrə səbəb olub.

Qanunvericiliyə edilən dəyişikliyin tərəfdarları bu qərarı şəriət qanunlarına uyğun hesab edirlər.

Onların fikrincə, belə bir addım qızları yeniyetməlik dövründə mümkün əxlaqsız davranışlardan qorumağa kömək edəcək.

“Starhit” nəşri yazır ki, ölkə hakimiyyəti islahatın İslam qanunlarına daha dəqiq riayət etməyə kömək edəcəyinə əmindir.

Qeyd edək ki, Əfqanıstanda Taliban hərəkatı qadınlar üçün yeni məhdudiyyətlər tətbiq edib. Sərəncama əsasən, yeni tikililərə qadınların yerləşdiyi daxili məkanları görə bilən pəncərələrin quraşdırılması qadağandır.

Küçədən qızların müşahidə edilməsinin qarşısını almaq üçün mövcud pəncərələr bağlanmalıdır. Sənədə əsasən, məhdudiyyətlər həyətyanı sahə, mətbəx kimi yerlərə və quyulara yaxın ərazilərə şamil edilir.

Yenilik müəllifləri bildiriblər ki, qadınların ev işləri ilə məşğul olması kişilərdə nalayiq davranışlara səbəb ola bilər. Bu qərarlar Əfqanıstanda qadın əhali üzərində nəzarətin gücləndirilməsi siyasətinin davamı idi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə