Melitopol sakini təqsirli olduğunu etiraf edib

...Armavir Hərbi Uçuş Məktəbinin məzunlarının zəhərlənməsi işi üzrə təqsirləndirilən şəxs Yeqor Semenov məhkəmə iclasında günahını etiraf edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “İzvestiya”nın müxbiri Boris Karyagin məlumat verib.

...Bəli, Semenov hakimin günahını etiraf edib-etməməsi ilə bağlı sualına cavab verdi. İstintaqın müəyyən etdiyi kimi, Melitopol şəhər əsilli Semenov 2022-ci ildə Rusiya vətəndaşlığını qəbul edib, 2023-cü ilin aprelində isə Ukrayna xüsusi xidmət orqanlarına işə götürülüb. Oktyabr ayında həmin şəxs kuratorlarının göstərişi ilə Armavir Hərbi Aviasiya Məktəbinin məzunlarının görüşünə zəhərli tort və spirtli içkilər çatdırıb. Bu planın həyata keçirilməsi üçün Semenova 400 min rubl vəd edilib.

...Əsgərlər heç birinin sifariş etmədiyi deserti alanda şübhələniblər. Açmayıb, yeməyi polisə veriblər. Əməliyyatçılar hadisəni törədən şəxsi saxlamağa nail olublar. O, tort və içkilərin tərkibində güclü zəhər olduğunu etiraf edib.

...Təxminən 80 nəfər ölə bilərdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə