Los-Ancelesdəki yanğınlar 8 milyon insanı təhdid edir

ABŞ-ın Los-Anceles vilayətində quru və küləkli hava səbəbindən Cənubi Kaliforniya yaxın günlərdə kritik yanğın təhlükəsi zonasında olmaqda davam edəcək. SİA xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Məlumata görə, 8 milyondan çox insan kritik yanğın təhlükəsi zonasındadır. Vəziyyətin yanvarın 15-dək davam edəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə