Belarusda müəllimlər üçün yeni “sürpriz” hazırlanıb..?

Müəllimlər başqa səviyyəli “sınaqdan” keçməli olacaqlar.

Belarusda 2025-ci ildən başlayaraq təhsil sahəsində işləmək istəyənlər üçün məcburi psixoloji müsahibələrin tətbiqi planlaşdırılır.

SİA-nın məlumatına görə, bu, Milli Hüquq Portalında dərc olunan “Uşaq hüquqlarının təmin edilməsi haqqında qanunlarda dəyişikliklər edilməsi haqqında” qanun layihəsində nəzərdə tutulub.

Müsahibə işə qəbul prosesində məcburi mərhələyə çevriləcək. Qanun layihəsinə əsasən, namizəd əmək müqaviləsi bağlanmazdan əvvəl psixoloji müsahibəyə göndəriləcək. Yalnız bu proseduru uğurla başa vurduqdan sonra o, rəsmi olaraq işə düzələ biləcək.

Qanun layihəsi qəbul olunarsa, yeni qaydalar rəsmi dərc edildikdən altı ay sonra, yəni 2025-ci ilin yayında qüvvəyə minəcək.

Bununla belə, qiymətləndirmədə hansı meyarlardan istifadə ediləcəyi və prosedurun necə təşkil olunacağı hələ də bəlli deyil.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə