...Bəşər Əsədin mətbuat xidmətinin keçmiş rəhbəri Kamel Sakr Səudiyyə Ərəbistanının “Mazeej” podkastına müsahibəsində Suriya diktator rejiminin süqutundan əvvəl baş verən hadisələrdən danışıb.
SİA-nın məlumatına görə, Bild qeyd edir ki, 2024-cü ilin noyabr ayının sonlarında Heyət Təhrir əl-Şam üsyançı qruplaşmasının hücumuna başladıqdan sonra Əsəd Rusiya lideri Putindən hərbi dəstək istəmək üçün Rusiyaya uçdu.
Sakr iddia edir ki, Əsəd Moskvaya gəldikdən sonra Rusiya lideri ilə görüşmək üçün iki gün gözləyib.
Nəhayət görüş baş tutanda cəmi bir saat davam edib.
Keçmiş mətbuat katibinin sözlərinə görə, Putin Suriyada baş verənlərdən uzaqlaşmaq istəyini nümayiş etdirərək söhbətlə bağlı ictimaiyyətə açıqlama verməkdən yayınıb.
Əsədin İrandan hərbi dəstək istəyi də cavabsız qalıb.
...Dekabrın 8-də Əsəd artıq ölkəni həmişəlik tərk etmişdi və üsyançılar Dəməşqi tutdular. Diktatorun 20 illik hakimiyyətinə son qoydular.
Sakrın sözlərinə görə, qaçmasından bir neçə gün əvvəl Putin Əsədin zənglərinə cavab verməyi dayandırıb və bu, nəhayət, onu Rusiyanın ona kömək etməyəcəyinə inandırıb.
Əsədin əsas müttəfiqi sayılan İran da dəstəyini geri götürüb. Dekabrın 1-də İran xarici işlər nazirinin səfərinə baxmayaraq, hərbi yardım gəlmədi və İran qüvvələri rejimin süqutundan aylar əvvəl Suriyadan çəkilməyə başladı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə