Berbok Suriyada “ictimai təhqirə” münasibət bildirib...

Almaniyanın xarici işlər naziri Annalena Berbok, Suriyanın yeni administrasiyasının nümayəndələri ilə görüşü şərh edərkən, gözlənilən əl sıxmaqdan imtinanı adlandırıb.

SİA xəbər verir ki, bu barədə “Focus” jurnalı məlumat yayıb. ...Mən gələn kimi mənə aydın oldu ki, adi əl sıxışmaları burada baş verməyəcək.

Bunu almaniyalı səlahiyyətli bildirib.

Qeyd edək ki, bir gün əvvəl Suriyanın yeni administrasiyasının nümayəndələri ölkəyə elan olunmamış səfərlə gələn Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri ilə əl sıxmaqdan imtina ediblər.

Görüntülərdə Berbokun hökumət təyyarəsindən ilk enərək Suriyanın yeni administrasiyasının nümayəndə heyətinə tərəf getdiyi görünür.

Suriyalı siyasətçilər də öz növbəsində əllərini ürəklərinə qoyub, nazirin əlini sıxmaq niyyətində olmadıqlarını açıq şəkildə ifadə ediblər.

Bir az sonra alman nümayəndə heyətindən bir nəfər onlara yaxınlaşıb, suriyalılar isə əksinə, həvəslə əllərini uzadıblar.

...Və maraqlıdır ki, Bundestaqın üzvü Sevim Dağdelen Barbokun Suriyaya səfərini Berlinin xarici siyasəti üçün qara gün adlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə