Aİ-nin elektron cihazlarda vahid enerji doldurma qaydası qüvvəyə minib

Avropa İttifaqında (Aİ) sabahdan etibarən yeni smartfon, planşet və kamera kimi elektron cihazlarda “Usb-C” enerji doldurma girişi məcburi olacaq.

Aİ-nin tullantıları azaltmağı hədəfləyən və müxtəlif elektron cihazların “Usb-C”, “Micro Usb” və “Lightning” kimi fərqli enerji doldurma girişlərini uyğunlaşdıracaq vahid enerji doldurma qaydası 28 dekabr 2024 tarixindən etibarən qüvvəyə minib.

SİA-nın məlumatına görə, bu çərçivədə, Aİ ölkələrində daşınan elektron cihazlar üçün yeni standart enerji doldurma girişi “Usb-C” olaraq müəyyən edilib.

Bütün yeni smartfonlar, planşetlər, rəqəmsal kameralar, qulaqcıqlar, daşınan video oyun konsolları, dinamiklər, klaviatura kimi cihazlarda “Usb-C” enerji doldurma girişinin olması tələb olunur.

Bundan əlavə, elektron cihazların sürətli enerji doldurma sistemləri də uyğunlaşdırılacaq.

USB-C qaydası 28 aprel 2026-cı ildən etibarən noutbuklar üçün də keçərli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə