PKK/YPG terrorçuları avtomobillə hücum həyata keçiriblər

Suriyanın şimalındakı Hələb vilayətinə bağlı Mənbic rayonunda PKK/YPG terrorçuları tərəfindən bomba yüklü avtomobillə hücum həyata keçirilib.

SİA-nın məlumatına görə, Suriya Milli Ordusunun (SMO) başladığı "Azadlıq şəfəqi əməliyyatı" çərçivəsində PKK/YPG terror təşkilatından azad edilən Mənbic rayon mərkəzində bomba yüklü avtomobil partladılıb. Rayon mərkəzindəki Böyük Məscid ərazisində həyata keçirilən hücumda ölən və yaralananlar haqqında məlumat paylaşılmayıb.

SMO mənbələri hücumun PKK/YPG terror təşkilatı ünsürləri tərəfindən təşkil edildiyini bildirib. Bundan əlavə, terror təşkilatının ünsürləri 20 dekabrdan etibarən rayonun cənub-şərqindəki Tişrin Su Anbarı ətrafında SMO qüvvələrinə qarşı hücumlarını artırıb. Qrad raketləri kimi ağır silahlardan istifadə edən terrorçular Mənbicin altındakı tunellərdən çıxaraq ani hücumlar etməyə çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə