Beynəlxalq Türk Dünyası Gənc Akademiya İşçiləri Konqresi 2025-ci ilin 10-15 fevral tarixləri arasında Özbəkistanda "Ortaq gələcəyin inşası" mövzusu ilə keçiriləcək. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Konqres Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr idarəsinin dəstəyi ilə təşkil olunacaq və burada gənc akademik kadrlar mədəniyyət, iqtisadiyyat və siyasət kimi sahələrdə məruzələr təqdim edəcəklər. İlk dəfə Ankarada keçirilən konqresin məqsədi Türk Dünyasından olan universitetlər və gənc akademik işçiləri ortaq bir intellektual ideal ətrafında birləşdirməkdir.
"Ortaq gələcəyin inşası" mövzusunda keçiriləcək konqresdə iştirak etmək istəyənlər 2025-ci il 5 yanvar tarixinədək məruzələrini göndərə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə