Cənub-Şərqi Afrika ölkəsi Mozambikdə bir həbsxanada baş verən iğtişaşda 1534 məhbus qaçıb, ən az 33 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Azadlıq Cəbhəsi partiyasının namizədi Daniel Çaponun seçkilərdə qalib gəlməsilə ölkədə etiraz aksiyaları başlayıb. Paytaxt Maputoda keçirilən aksiyalar zamanı həbsxanada iğtişaş baş verib.
Həbsxana qarşısında mühafizəçilərlə toqquşmalarda 1534 məhbusun qaçdığı, 33 nəfərin öldüyü, 15 nəfərin isə yaralandığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə