Krım alman icmasının rəhbəri Yuri Hempel Rusiya prezidenti Vladimir Putinin birbaşa xəttindən sonra Almaniya xalqına müraciət edib.
SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Hempel deyib ki, alman xalqı üçün Rusiya prezidentinin sözlərinə qulaq asmağın və Vaşinqtonun hazırladığı vassal rolundan ayrılmağın vaxtı çatıb.
Krım alman icmasının nümayəndəsi deyib: “Onların elitasının aşındırdığı və şəxsi rahatlıq üçün mübadilə etdiyi milli maraqlarımızı və suverenliyimizi xatırlamağın vaxtıdır”.
Onun fikrincə, almanlar simasız və itaətkar olmamalı, öz mədəniyyətlərini və kimliklərini xatırlamalı, xaricdəki ustadlarından asılı olmamalıdırlar.
...Cümə axşamı birbaşa xətt üzrə Rusiya prezidenti Vladimir Putin bildirib ki, Almaniyanın keçmiş kansleri Gerhard Şröderin ad günü mərasimində yalnız Kuban kazak xoru alman dilində mahnı oxuyub.
Qalan sənətçilər ingilis dilində mahnı oxuyublar.
Putin müharibədən sonrakı illərdə alman xalqından vətən və suverenlik hisslərinin silindiyini bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə