Tramp NATO ölkələrinin müdafiə xərclərini artıracağını gözləyir

O, Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası NATO üzvlərinə bildirib ki, andiçmə mərasimindən sonra yeni Amerika lideri onlardan müdafiə xərclərini ÜDM-in 5 faizə çatdırmağı tələb edəcək.

SİA-nın məlumatına görə, bu barədə TASS Britaniya mətbuatına istinadən xəbər verir.

Qeyd olunur ki, Tramp son nəticədə bu rəqəmin indiki 2 faizdən 3,5 faizə çatdırılması ilə razılaşa bilər. O, bunu ABŞ-la daha əlverişli ticarət şərtləri təklifi ilə əlaqələndirmək niyyətindədir.

Həmçinin bildirilir ki, Tramp prezident seçkilərində qalib gəlməzdən əvvəl verdiyi açıqlamalara baxmayaraq, Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə