Tarixi uçuşda dünya televiziya kanallarından yalnız Türkiyə Radio Televiziya Qurumu (TRT) heyəti iştirak edib
8 dekabrda Suriyada Bəşər əl-Əsəd hökumətinin devrilməsindən sonra paytaxt Dəməşqdən Hələb şəhərinə ilk uçuş həyata keçirilib.
SİA-nın məlumatına görə, tarixi uçuşda dünya televiziya kanallarından yalnız Türkiyə Radio Televiziya Qurumu (TRT) heyəti iştirak edib.
Sərnişinlər yaşadıqları sevinc hissini TRT heyəti ilə bölüşüblər.
Hələbə enişdən sonra təyyarənin pilotu TRT-yə "Azadlığın şəfəqində tarixi bir uçuş həyata keçirdik, xoşbəxtik. Ümid edirik ki, Suriyanın hər yerinə bu uçuşları həyata keçirəcəyik" deyə bildirib.
Təyyarə gün ərzində Dəməşqə qayıdacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə