"Bir neçə gündən sonra evliliyimizin 27-ci ildönümü olacaq, amma biz de-yure evli deyilik". SİA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyan barədə deyib.
"Biz nə dövlət qeydiyyatı, nə də dini baxımdan evliyik. Münasibətimiz övladlarımızla möhkəmlənir. Üstəlik, artıq neçə illərdir ki, Anna Akopyan faktiki olaraq baş nazirin həyat yoldaşı kimi bəyannamə təqdim edir. Əslində, 27 ildir ailəliyik, amma evli deyilik", - deyə o qeyd edib.
Akopyan isə əlavə edib ki, o, 17 yaşından həyatını Paşinyanla bağlayıb və ömrünün daha çox hissəsini onunla yaşayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 167
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 168