Qadın fırıldaqçılara "rekord" məbləğ -35 milyon rubl verib

...Sankt-Peterburqun Vıborq rayonunun yaşlı sakini telefon fırıldaqçılarının qurbanı olub və “rekord” məbləğdə pul itirib. SİA-nın məlumatına görə, fırıldaqçılar onun təxminən 35 milyon rublunu aldadıb alıblar.

Deyilənlərə görə, fırıldaqçılar qurbanla demək olar ki, iki ay “işləyiblər” - oktyabrın 15-dən dekabrın 10-dək,

Rus saytları xəbər verir, 70 yaşlı Sankt-Peterburqlu qadını “Federal Təhlükəsizlik Xidməti zabitləri” qorxudublar.

Nəticədə təqaüdçü müxtəlif ünvanlarda görüşlər zamanı əmanət və depozit hesablarından və ərinin hesablarından 34 milyon 559 min 246 rubl çıxarıb və nağd pulu kuryerlərə ötürüb.

Bundan əlavə, peterburqlu qadın fırıldaqçıların hesabına 360 min rubl da köçürüb.

Ümumilikdə telefon fırıldaqçıları qadının 34 milyon 919 min 846 rublunu oğurlayıblar.

Hazırda cinayətkarlar axtarılır.

Əvvəllər Sankt-Peterburqda telefon fırıldaqçılarının fəallaşdığı bildirilirdi. Belə ki, bu yaxınlarda Şimal paytaxtının sakini fırıldaqçılara könüllü olaraq 15 milyon rubl verib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə