...Şimali Koreya əsgərləri Kursk vilayətində rus qoşunları tərəfində döyüş əməliyyatlarında iştirak etməyə başlayıblar. SİA-nın məlumatına görə, bunu Ukrayna Müdafiə Qüvvələrinin nümayəndələri bildiriblər.
Məlumatlara görə, Şimali Koreya bölmələri açıq ərazilərdə kütləvi piyada hücumu taktikasından istifadə edir.
Hücum Ukrayna Silahlı Qüvvələrinin artilleriya zərbələrinə məruz qalan 20-30 nəfərlik piyada taqımları tərəfindən həyata keçirilir.
Ukrayna hərbçiləri sosial şəbəkələrdə Koreya hücumlarını müzakirə edərək düşmənin texniki və taktiki hazırlığının aşağı səviyyədə olduğunu qeyd edirlər.
Ukrayna Silahlı Qüvvələri Şimali Koreya bölmələrini sanki atışma qalereyasındaymış kimi darmadağın edir, onları artilleriya kaset sursatları və minaatanlardan atəşə tuturlar.
Ukraynanın Baş Kəşfiyyat İdarəsi (GUR) bəyan edib ki, Rusiya hərbçiləri Şimali Koreya bölmələrini Kursk vilayətində də Ukrayna qoşunlarının mövqelərində birbaşa döyüş əməliyyatlarında iştiraka hazırlayır.
Şimali Koreya əsgərlərinə artıq Ukrayna ordusu ilə toqquşmalarda iştirak edən rus bölmələri ilə əməkdaşlıq etmək əmri verilib.
Şimali Koreya ordusunun cəbhə xəttinə köçürülməsi mülki nəqliyyatdan, o cümlədən su daşıyan maşınlara bənzəyən yük maşınlarından istifadə etməklə baş verir.
Kəşfiyyat məlumatlarına görə, 2024-cü il dekabrın 13-də Şimali Koreya əsgərlərindən ibarət kontingent yüksək hazırlıq vəziyyətinə gətirilib. Hərbçilərə ərzaq məhsulları verilərək, onlara növbəti əmrləri gözləmələri əmr edilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə