Zurabişvili Gürcüstanda keçirilən prezident seçkilərini şərh edib

...Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili ölkədə keçirilən prezident seçkilərini ilk dəfə şərh edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, onun sözlərini Ura.ru yayıb.

...Heç nə yoxdur. Heç kim heç kimi seçməyib. Heç nə baş verməyib.

Zurabişvili Tbilisinin mərkəzində etirazçılar qarşısında çıxış edərkən deyib.

O, səsvermənin legitimliyini tanımaqdan imtina edənlərə də minnətdarlığını bildirib.

Bundan əvvəl Zurabişvili Tbilisinin Rustaveli prospektində etirazçıların toplaşdığı parlament binasının yanından piyada keçib.

Dekabrın 14-də Gürcüstanda yeni sistemlə prezident seçkiləri keçirildi: ilk dəfə olaraq dövlət başçısını vətəndaşlar deyil, 300 nəfərlik seçki kollegiyası ölkə parlamentinin, muxtar respublikaların və yerli məşvərət orqanlarının deputatları seçdi.

...Seçkilərin qalibi “Gürcü Arzusu” partiyasının namizədi Mixail Kavelaşvili olub.

Bir gün əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili prezidentlik müddəti başa çatdıqdan sonra prezident sarayını tərk etməyi planlaşdırmadığını, çünki qarşıdan gələn seçkiləri legitim hesab etmədiyini bildirib.

Yeri gəlmişkən, Kavelaşvili keçmiş futbolçudur, o, Tbilisi “Dinamo”, “Mançester Siti”də çıxış edib, “Alaniya Vladiqafqaz”la Rusiya çempionu olub. 2016-cı ildən deputatdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə