Quldur “Loko-Bank”dan 9 milyon rubl oğurlayıb

Səhər saat 9 radələrində oğurluq barədə polisə məlumat verilib.

SİA rus saytlarına istinadən xəbər verir ki, hücumun hədəfi şəhərin mərkəzində yerləşən kommersiya bankı olub. Novosibirskdə “Loko-Bank”ın filialını doqquz milyon rubl məbləğində qarət edən şəxsə qarşı cinayət işi açılıb.

Bu barədə vilayət prokurorluğundan məlumat verilib.

İdarənin məlumatına görə, naməlum şəxs bank işçiləri ilə birlikdə binaya daxil olub.

O, inzibati binada 3 işçini bağlayıb, daha sonra dördüncü ilə birlikdə kassa sahəsinə gedib və pulu götürüb.

Cinayəti törətdikdən sonra oğru qaçıb.

Oğurlanan ümumi məbləğ doqquz milyon rubl təşkil edib. Hazırda şübhəlinin axtarışı davam etdirilir.

Bundan əvvəl Xabarovskda silahlı şəxs bankı qarət edib. Yekaterinburqda yeniyetmələr eyni mağazanı 3 dəfə qarət ediblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə