ABŞ prezidenti Donald Tramp ABŞ Konstitusiyasına uşağın valideynlərinin statusundan asılı olmayaraq avtomatik olaraq doğuşla vətəndaşlıq hüququ verən 14-cü düzəlişi ləğv etməyi düşünür. SİA xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp NBC telekanalına müsahibəsində deyib. Lakin ekspertlər qeyd edirlər ki, bu hüququ ləğv etmək üçün Konqres üzvlərinin 2/3-nin və bütün Amerika ştatlarının 3/4 hissəsinin dəstəyi tələb olunacaq ki, bu da indiki siyasi qütbləşmədə mümkün deyil.
Qeyd edək ki, hələ 2018-ci ildə Donald Tramp Axios-a bu konstitusiya hüququna son qoyacaq bir sərəncam imzalamağı planlaşdırdığını bildirmişdi.
Seyranə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə