Etirazçılar Gürcüstan parlamentinin yaxınlığındakı prospekti bağlayıblar
Etirazçılar Gürcüstan parlamentinin binası yaxınlığındakı Rustaveli prospektini bağlayıblar.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Polis əməkdaşları aksiyaya müdaxilə etmirlər. Polisin prospekt boyu avtomobillərin hərəkətini əngəllədiyi dəqiqləşdirilir.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən mitinqlərdə müxalifətin Ukrayna Maydanı ssenarisini həyata keçirməyə çalışaraq uğursuzluğa düçar olduğunu bildirib.
Onun sözlərinə görə, koordinasiya edilmiş cəhdlərə baxmayaraq, respublikada “milli maydan” iflasa uğrayıb.
Daha əvvəl Kobaxidze etirazların təşkilatçılarını cəzalandıracağına söz verib. Baş nazir əlavə edib ki, müxalifət partiyalarının liderləri öz kabinetlərindədir və aksiyalarda iştirak etmirlər. Bununla belə, onlar məsuliyyətdən qaça bilməyəcəklər, deyə o qeyd edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə