Rus casusu, 16 yaşlı qız Çerniqovda tutulub...

Ukrayna Təhlükəsizlik Xidməti öz Telegram kanalında “Rusiya qoşunlarına bölgəyə yeni hava hücumu hazırlamağa kömək edən” 16 yaşlı Çerniqov sakininin saxlanılması barədə məlumat yayıb.

SİA-nın məlumatına görə, casusun vəzifəsi Ukraynanın müdafiə sistemi, xüsusən də sərhəd bölgəsini qoruyan Ukrayna Silahlı Qüvvələrinin zenit-raket sistemləri və radar stansiyaları haqqında mühüm kəşfiyyat məlumatları toplayaraq düşmənə ötürmək imiş.

Kəşfiyyat basqınlarını gizlətmək üçün qız taksi sifariş edib, taksi ilə ərazini gəzib və obyektləri gizli şəkildə qeyd edib. ...Belə səfərlərdən sonra o, evə qayıdıb, burada messencerdə anonim söhbət vasitəsilə əlaqə saxladığı rus kuratoru üçün kəşfiyyat hesabatı - lazımi geolokasiyaları olan media faylı tərtib edirmiş.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə