Almaniya kansleri Olaf Şolts Kiyevə səfər edib. SİA xəbər verir ki, bu barədə DHA Agentliyi məlumat yayıb.
Onun Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü nəzərdə tutulub.
"Prezident Zelenski ilə görüşdə mən dekabrda göndərilməli olan 650 milyon avro dəyərində əlavə silah tədarükünü elan edəcəyəm", - o, səfərdən əvvəl bildirib.
Bildirilir ki, bu, Şoltsun müharibənin başlamasından sonra Kiyevə ikinci səfəridir.
Bütün xəbərlər Facebook səhifəmizdə