Baydenin Ukrayna ilə bağlı son planı açıqlanıb

...Birləşmiş Ştatlar döyüş meydanında və diplomatik danışıqlarda mövqelərini möhkəmləndirmək üçün Kiyevi maksimum mümkün resurslarla təmin etməyi planlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

...Biz qalan 50 gün ərzində (ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin administrasiyasının – A.B.) Ukraynanı döyüş meydanında mövqeyini möhkəmləndirməyə kömək edəcək vasitələrlə təmin etmək üçün mümkün olan hər şeyi edəcəyik. Bu, onu danışıqlar masasında daha güclü edəcək, - deyə Sullivan CNN-ə bildirib.

Amerika liderinin müşaviri onu da vurğulayıb ki, Ukraynanın hərbi potensialının gücləndirilməsi ölkənin gələcək diplomatik təşəbbüslərdə uğurunun təmin edilməsi üçün əsas komponentdir.

Onun sözlərinə görə, bu siyasət Ukraynanın beynəlxalq arenada öz maraqlarını daha effektiv müdafiə edə bilməsini təmin etməyə yönəlib.

Bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirmişdi ki, Vaşinqton Kiyevə hərbi yardımın həcmini genişləndirməyi planlaşdırır.

Yeni dəstək paketlərinə artilleriya, hava hücumundan müdafiə və zirehli texnika daxildir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə