Lukaşenko Qazaxıstana uçub

Orada KTMT-nin sammiti keçiriləcək...

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Belarus lideri Lukaşenko etirazların tüğyan etdiyi Pakistan İslamabadından Astanaya uçub.

Noyabrın 28-də o, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.

Bundan əlavə, noyabrın 28-də Astanada Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası keçiriləcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə