ABŞ Ukraynaya yeni hərbi yardım paketi təqdim edir

275 milyon dollar dəyərində...
ABŞ Ukraynaya yeni hərbi yardım paketi təqdim edir

ABŞ Ukraynaya 275 milyon dollar dəyərində hərbi yardım paketi təqdim edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə günü, noyabrın 20-də ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Qeyd olunur ki, paketə aşağıdakılar daxildir:

MLRS HIMARS üçün döyüş sursatı;

-155 mm və 105 mm-lik artilleriya sursatları;

-60 mm və 81 mm kalibrli minaatan mərmiləri;

-pilotsuz təyyarə sistemləri;

-borudan buraxılan optik izlənilən və məftillə idarə olunan (TOW) raketlər;

-Javelin və AT-4 tank əleyhinə sistemləri;

-atıcı silahlar və döyüş sursatları;

-söküntü üçün avadanlıq və sursat; kimyəvi, bioloji, radioloji, -nüvə mühafizə vasitələri;

-ehtiyat hissələri, köməkçi avadanlıqlar, xidmətlər, təlim və nəqliyyat.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə