Seçkiləri konstitusiyaya zidd elan etmək üçün...
...Gürcüstanda 30-a yaxın müxalifətçi parlament seçkilərinin konstitusiyaya zidd elan edilməsini tələb edərək Konstitusiya Məhkəməsinə müraciət edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə deputat Tamar Kordzaia məlumat verib.
...Bu gün Gürcüstan parlamentinin 30 üzvü seçkilərin konstitusiyaya zidd elan edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə iddia ərizəsi göndərib, - deyə parlamentari bildirib.
Bundan əvvəl hakim “Gürcü arzusu” partiyası respublika prezidenti Salome Zurabişvilini xarici agent adlandırıb. Partiya əlavə edib ki, o, xarici himayədarlarının birbaşa əmri ilə hərəkət edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə