Məktəb qarşısında gözləyən insanları maşın vurub - çoxlu insan yaralanıb

Çinin cənubundakı Hunan əyalətində avtomobilin ibtidai məktəbin qarşısında gözləyən insanların üzərinə çırpılması nəticəsində şagirdlər və valideynlər də daxil olmaqla çox sayda insan xəsarət alıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Sinxua agentliyinin xəbərinə görə, Çandi şəhərindəki Yonqan İbtidai məktəbinin qapısında gözləyən insanların üzərinə ağ "SUV2 tipli avtomobil çırpılıb.

Qəza nəticəsində çoxlu sayda insan, o cümlədən şagirdlər və valideynlər yaralansa da, avtomobilin sürücüsü məktəb mühafizəçiləri və orada olan digər valideynlər tərəfindən yaxalanıb.

Noyabrın 11-də Çinin Quandun əyalətinin Cuhay şəhərində bir nəfərin avtomobili ilə yürüş iştirakçılarının üzərinə sürməsi nəticəsində 35 nəfər ölüb, 43 nəfər yaralanıb. Yerli polis bölməsindən verilən açıqlamada şübhəlinin həyat yoldaşından boşandığı və hücumu onun ayrılma şərtlərindən və əmlak bölgüsündən narazı olduğu üçün etdiyi bildirilib. Bu hücumdan qısa müddət sonra, noyabrın 16-da ölkənin şərqindəki Jiangsu əyalətinin Yishing rayonundakı peşə məktəbinə bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb. Hücum bu məktəbi bitirmiş 21 yaşlı işsiz gənc tərəfindən törədilib.

Bütün xəbərlər Facebook səhifəmizdə