Livan və “Hizbullah” ABŞ-ın atəşkəs təklifi ilə razılaşdı

Livan və “Hizbullah” təşkilatı ABŞ-ın İsraillə təklif etdiyi atəşkəs sazişi layihəsini bəyənib. SİA xəbər verir ki, bu barədə Livan parlamenti sədrinin köməkçisi Əli Həsən Xəlil açıqlama verib.

Onun sözlərinə görə, Livan məzmunla bağlı bəzi şərhlərin qeydə alındığı yazılı cavabını ABŞ-ınn Beyrutdakı səfiri Liza Consona bazar ertəsi göndərib. O, indi hər şeyin İsraildən asılı olduğunu qeyd edib. "Hazırkı təkliflər atəşkəsə nail olmaq üçün göstərilən səylərdən ən ciddisidir", - Ə.H.Xəlil qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə