...Polşa Daxili Təhlükəsizlik Agentliyi Qdanskda yanğına cəhddə şübhəli bilinən belaruslunu saxlayıb. İstintaq müəyyən etdiyi kimi, onun üzvü olduğu cinayətkar qrup xarici kəşfiyyatın sifarişi əsasında fəaliyyət göstərib.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu işdə Belarusun digər vətəndaşları da var.
Polşa Daxili Təhlükəsizlik Agentliyi xəbər verir ki, şübhəli noyabrın 6-da Varşavada saxlanılıb. İstintaq zamanı ondan belə təxribatda istifadə oluna bilən əşyalar aşkar edilərək götürülüb.
Həmin şəxs nəzarətə götürülüb. Belarusiyalının saxlanması Rusiya xüsusi xidmət orqanlarının Varşava yaxınlığındakı Qdansk, Qdinya və Marki şəhərlərində təşkil etdiyi, həmçinin Vroslavda da təşkil olunmağa cəhd edildiyi güman edilən yandırma işinin bir hissəsidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə