Meksikada qanlı qarşıdurma - 16 nəfər həyatını itirdi

Meksikanın Gerrero əyalətində kartellər arasında baş verən qarşıdurmada 2-si polis olmaqla 16 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Meksikada zorakılıq artmaqdadır.

Ötən gün yerli vaxtla saat 05:00 radələrində ölkənin cənubundakı Gerrero ştatının Tecpan de Qaleana şəhərində qarşıdurma baş verib. Meksika Müdafiə Nazirliyindən verilən açıqlamada qarşıdurma zamanı 2 polisin öldüyü, 4 polisin yaralandığı bildirilib. Açıqlamada Milli Qvardiyanın hadisələrə müdaxilə etdiyi və 3 əsgərin yaralandığı bildirilib. Hadisə zamanı 14 kartel üzvünün həyatını itirdiyi, 11 nəfərin saxlanıldığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə