14 yaşlı oğlanın idarə etdiyi avtomobil motosikletlə toqquşub

Türkiyədə motosikletlə minik avtomobilinin toqquşması nəticəsində baş verən yol qəzasında motosikletdə olan eyni ailədən 4 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 14 yaşındakı avtomobil sürücüsünün atasına pul cəzası kəsilib.

Qəzada motosikletdə olan sərnişinlər yaralanıb və onlar təcili yardımla xəstəxanaya aparılıblar. 14 yaşlı avtomobilin sürücüsünün sürücülük vəsiqəsi olmadığı məlum olub.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə