Mauro İkardinin üzüyü çıxarmamasının səbəbi BƏLLİ OLDU

Hazırda Wanda Nara ilə qanuni nikahda olan Mauro İkardi nikah üzüyünü taxmağa davam edir. Argentina mətbuatının yazdığına görə, İkardi Wandanı geri qaytarmağa ümid edir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, iyulun ortalarında Mauro İkardinin uzun illər birlikdə olduğu Wanda Nara ilə ayrıldığı üçün acıları onun üzündə əks olunub.

İkardi və Vanda münasibətləri gərginləşdirən bir çox böhrandan sonra bir neçə dəfə ayrılmaq qərarına gəliblər. Ancaq bu dəfə ayrılığın qalıcı olduğu görünür. Bu vəziyyət Mauro İkardini çəkindirmədi. "Qalatasaray"ın hücumçusu nikah üzüyü taxmağa davam edir və Wanda Nara ilə yenidən bir araya gələcəyinə inanır. Qaydalara görə, İkardi yalnız matçlar zamanı üzüyü çıxarır. Argentina mətbuatı da yazıb ki, Mauro Wanda ilə barışmağa ümid edir və sona qədər mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə