Rusiyaya qarşı sanksiyaları siyahısına Avropa İttifaqı Belarusu da daxil edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Avropa ittifaqı “vətəndaş cəmiyyəti üzvlərinə və fəallara qarşı təzyiq və hüquqların pozulmasında rolu” bəhanəsi ilə 28 belarusluya sanksiya tətbiq edib.

Avropa İttifaqı Şurasının verdiyi açıqlamaya görə, sanksiya siyahısına daxil edilən adlar arasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin iki rəis müavini də var.
Sanksiya siyahısına daxil edilən 28 ad arasında ədliyyə orqanlarının üzvləri, xüsusilə prokuror və hakimlər, həbsxana və təcridxanaların rəisləri, Belarus Teleqraf Agentliyinin keçmiş və indiki baş direktoru, STV kanalında “Senat” televiziya proqramının aparıcısı da var. Bu adlar Belarusda administrasiyaya təbliğat aparmaqda, təzyiqlər barədə yalan məlumat verməkdə, dezinformasiya yaymaqda və müxalifətə qarşı nifrət yaratmaqda ittiham olunsa da, bu qərardan sonra Aİ-nin Belarusa qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etdiyi şəxslərin sayı 261-ə yüksəlib.

Qeyd edək ki, sanksiya tətbiq edilən təşkilatların sayı isə 37-yə çatıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə