Çin və Rusiya ticarətində rekord

Rusiya və Çin arasındakı ikitərəfli ticarət həcmində rekord qırılıb. SİA xəbər verir ki, bu barədə statistika Çin Gömrük baş idarəsi tərəfindən verilib. Rusiya ilə Çin arasındakı ticarət həcminin 2023-cü ilin yanvar-may dövründə yüzdə 40,7 artaraq 93,8 milyard dollara çatdığını açıqlanıb.

Təkcə 2023-cü ilin may ayında iki ölkənin ticarət həcmi 20,57 milyard dollar təşkil edib ki, bu da Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatlara başlamasından bəri əldə edilən ən yüksək dəyərdir. Rusiya may ayında Çinə 11,3 milyard dollar ixrac etdiyi halda, bu ölkəyə 9,2 milyard dollarlıq məhsul idxal edib.

2023-cü ilin ilk 5 ayında iki ölkə arasındakı ticarət rəqəmlərinə baxıldığında Çinin Rusiyaya ixracının 75,6 faiz artaraq 42,9 milyard dollar, Rusiyanın Çinə ixracının isə 20,4 faiz artaraq 50,8 milyard dollar olub.

Qeyd edək ki, 2022-ci ilin sonuna qədər Rusiya ilə Çin arasında ikitərəfli ticarət dövriyyəsi 29,3 faiz artaraq rekord həddə - 190,2 milyard dollara çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə