Çin ABŞ-ın sülh və sabitliyi pozduğunu açıqladı

Çin ordusu ABŞ Hərbi Dəniz Qüvvələrinə aid idarə olunan raket döyüş gəmisinin Parasel adaları ətrafındakı sulara icazəsiz daxil olduğunu açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada hərbi gəminin izlənildiyi və bölgədən uzaqlaşdırıldığı, ABŞ gəmisinin Çinin ərazi sularına girərək bölgədə sülh və sabitliyi pozduğu bildirilib.

Çinin Cənub Əməliyyat Komandanlığının sözçüsü Tian Junli verdiyi açıqlamada, "Ərazi qüvvələri hər zaman yüksək hazırlıq vəziyyətində olacaq. Onlar milli suverenliyi və təhlükəsizliyi, Cənubi Çin dənizində sülh və sabitliyi qətiyyətlə qorumaq üçün bütün lazımi tədbirləri görəcəklər" deyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə